“Quru yolu ilə daşınma nədir?”
sualın cavabı budur ki, məhsullar götürüldüyü yerlə təhvil verildiyi yer arasında heç bir köçürmə tələb olunmadan müvafiq nəqliyyat vasitələri ilə müəyyən edilmiş vaxt çərçivəsində təyinat məntəqəsinə çatdırılır. Quru yolu ilə daşınma xidmətlərində milli və beynəlxalq qaydalar, gömrük mərkəzləri və qaydaları, alternativ yollar və terminallar mühüm əhəmiyyət kəsb edir. Quru yolu daşınması zaman məhsul və bağlamalar göndərici ilə alıcı arasında protokol tərtib edilərək müvafiq ünvana çatdırılır.
ALAT LOGİSTİGS sizə quru daşımaçılığını da ən yüksək səviyyədə təqdim edir. Quru yolu yükdaşıma TIR-la yükdaşımaları əhatə edir. TIR-larla yükləriniz etibarlı və təhlükəsiz şəkildə ünvana çatdırılıb sizə təhvil veriləcəkdir. Quru daşımaçılığı Avropadan, Türkiyədən, Rusiyadan, Belarusiyadan, İrandan, Çindən və Gürcüstandan Azərbaycana (və ya tam əksi) həyata keçirilir.
Quru Yolu daşıma xidmətimizə aşağıdakılar daxildir.
• FTL və LTL yükləmələr
• Güvənli ve vaxtında çatdırılma
• Geniş agent şəbəkəsi
• Qapıdan qapıya xidmət
• Təcrübəli və mütəxəssis kadrlar
• Müasir texnologiya ilə tam xidmət
• Sizə özəl müştəri xidmətləri
• GPRS sistemi ilə peykdən maşının izlənilməsi
• Asqılı maşınlarla tekstil yükləmələri
• Gündəlik yük izləməsi və yerləşdirmə hesabatı
ALAT LOGİSTİGS, dəmir yolu
yükdaşımasını sərfəli və etibarlı daşınmanın həyata keçirilməsi üçün lazım olan logistik və nəqliyyat xidmətlərinin tam kompleksini təqdim edir. Yük qatarları öz yükgötürmə qabiliyyətləri sayəsində xeyli həcmdə yükləri daşımaq gücündədirlər, istənilən məsafələri tez qət edirlər və malı bütöv və salamat çatdırmağa imkan verirlər. ALAT LOGİSTİGS dəmir yolu yükdaşıma mütəxəssislərimiz tərəfindən müştərilətimizin tələbatları təhlil olunur, daşınan yükün səciyyəvi xüsusiyyətləri nəzərə alınır, Avropa, MDB, Baltikyanı, Balkan və Mərkəzi Asiya ölkələri üzrə ən münasib çatdırılma marşrutunu tərtib olunur.
Qatarla daşınma dəniz nəqliyyatından sonra ən ucuz daşınma növüdür. Dəmir yolu ilə daşınma həm qənaətlidir, həmdə tam təhlükəzidir. Çindən dəmir yolu ilə daşınma, Türkiyədən dəmir yolu ilə daşınma, Gürcüstandan dəmir yolu ilə daşınma, Tiflisdən dəmir yolu ilə daşınma ən çox tələb görən istiqamətlərdir.Dəmir Yolu daşıma xidmətimizə aşağıdakılar daxildir.
• Avropa, Uzaq Şərq, Yaxın Şərq, Çin və MDB ölkələrinə / ölkələrindən 20ft, 40ft FCL & Break Toplu Xidzmətlər təklif edilir
• İSO standartlarına uyğun tanker konteynerlərdə dəmir, barja və quru yolu daşımaları
• Çin ilə Avropa və Avropa ilə Orta Asiya arasında blok qatar xidməti
• Mühafizə plombları və bar kilidləri vasitəsi ilə konteynerlərin standart təhlükəsizliyini təmin etmə
• MDB məkanında təhlükəsizlik müşayiəti xidməti
• Müxtəlif dəmir yolu daşınmaları üçün nəzərdə tutaln örtülü vaqonlardan, yarı vaqonlardan və konteynerlərə, kütləvi və böyük ölçülü yüklərə yararlı platformalardan istifadə olunur.
• Dəmiryol terminalında istismar əməliyyatları və müştərinin qapısına kimi çatdırılma
• Peşəkar yük tədqiqatı
• Gündəlik yük izləməsi və yerləşdirmə hesabatı
• Tanker konteynerləri
• Soyuducu dəmir yolu nəqliyyatı
Hava yolu daşıma
işini sağlam yerli və xarici əlaqələrlə davam etdirən ALAT LOGİSTİGS, Azərbaycanın bütün hava limanlarından, dünya hava limanlarına davamlı kargo daşıyıcı xidmətləri ilə zamanınıza zaman qatır.
Hava yolu ilə daşınmalar ümumiyyətlə digər nəqliyyat növlərindən daha sürətlidir. Məsələn, yükün dəniz yolu ilə daşınması bir neçə həftə çəkə bilər, eyni yükün hava ilə daşınması isə cəmi bir neçə gün çəkir. Bununla belə, qeyd etmək lazımdır ki, hava logistikası da təklif etdiyi yüksək sürət və rahatlığa görə nisbətən digər göndərmə üsullarından daha bahadır.
Hava yolu ilə daşınma digər logistika üsulları ilə müqayisədə daha yüksək yük daşıma qabiliyyətinə malikdir. Bunun səbəbi, yük təyyarələrinin xüsusi olaraq böyük həcmdə yüklərin daşınması üçün nəzərdə tutulmuş şəkildə dizayn edilməsidir. Buna təhlükəli yüklər, konteynerlər və fərdi bağlamalar daxil olmaqla, müxtəlif növ yük növləri də aiddir.
Dəniz yolu ilə daşınma
zamanı nəqliyyatlar yükü böyük miqdarda yük daşımaq qabiliyyətinə malikdir. Bu, böyük miqyaslı ticarət əməliyyatları üçün xüsusilə vacibdir.
Dəniz daşımaları ümumiyyətlə digər göndərmə üsullarından daha ucuzdur. Bu üstünlük xüsusilə uzun məsafələr üçün daha aydın görünür.
Dəniz daşımaları çox böyük həcmdə yükləri idarə etməyə imkan verir, ona görə də irimiqyaslı biznes əməliyyatları üçün əlverişli seçimdir.
Dəniz nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə daha ekoloji cəhətdən təmizdir, çünki bu üsul daha az karbon qazı emissiyası yaradır.
Select an option
Fill out this field
Fill out this field
Lütfən keçərli bir e-poşt ünvanı daxil edin.
Fill out this field
Fill out this field
Fill out this field
Cavabı yazın ! 25 - 8 = ?
Enter the equation result to proceed
keyboard_arrow_up